İsrail “Lora”sı Azərbaycanın silahlanmasında - FOTO

İsrail “Lora”sı Azərbaycanın silahlanmasında - FOTO

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 11-də həyata keçirdiyi Müdafiə Nazirliyinin Raket Qoşunlarının "N” saylı hərbi hissəsinin açılış mərasimində Belarusun "Polonez” sistemləri ilə yanaşı, İsrail istehsalı "Lora” operativ-taktiki raket kompleksinə (OTRK) də baxış keçirib. 

7news.Az xəbər verir ki, "Polonez” yaylım atəşli reaktiv sisteminin (YARS), o cümlədən İsrail OTRK-nın görüntüsü hərbi hissənin açılış mərasimindən çəkilən bir neçə fotoda əks olunub.

Azərbaycan prezidenti İlham Əliyevə "Lora” OTRK göstərilib və onun xarakteristikası təqdim edilib. 

İsrailin "Israel Aircraft Industries” şirkəti tərəfindən hazırlanan birpilləli ballistik raketlə ilə təmin olunan "Lora” OTRK həm quru, həm də dənizdə düşmənin yerin dərinliyində olan HHM batareyalarını məhv etmək üçün baza elementlərinə malikdir. 

Kompleks maksimum atış məsafəsi 300 kilometrdir.

7news.Az

Xəbər lenti