İsrail Qəzzanı bombalayıb

İsrail Qəzzanı bombalayıb

İsrail ordusu Qəzza zolağına zərbələr endirib.

7news.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, zərbələr HƏMAS hərəkatının Qəzza bölgəsinin cənubunda yerləşən obyektlərinə tuş gəlib.

"İsrail ordusunun tankları HƏMAS-ın Qəzza zolağının cənubunda yerləşən iki hərbi postuna hücum edib”, - deyə İsrail müdafiə nazirliyinin rəsmi "Twitter” səhifəsində yazılıb.

HƏMAS hələ ki, zərbələrlə bağlı xəbəri şərh etməyib.

İtkilər barədə məlumat yoxdur.

7news.Az

Xəbər lenti