İstanbulda 10 avtomobil toqquşdu – FOTO

İstanbulda 10 avtomobil toqquşdu – FOTO

Türkiyənin İstanbul şəhərində zəncirvari yol qəzası baş verib.

 Hadisə Esenyurt-Bahçeşehir yol qovşağında qeydə alınıb.

10 avtomobilin bir-biri ilə toqquşması nəticəsində meydana çıxan qəzada 12 nəfər yaralanıb. Yaralılar xəstəxanalara aparılıb.

Qəza gecə saat 01:00 radələrində baş verib. Nömrəsi müəyyən edilməmiş bir avtomobilin qəflətən dayanması digər avtomobillərin idarəetməni itirərək bir-birinə çırpılmasına səbəb olub.

Qəza ilə bağlı araşdırmalar davam edir./oxu

 

7News.Az

Xəbər lenti