Siyavuş Novruzovdan həmkarına irad

Siyavuş Novruzovdan həmkarına irad

“Neçə ildir Milli Məclisdə çalışırıq. Hər kəsə söz verilir, danışır və vaxtı bitir. Hər bir çıxışa reaksiya da ola bilər. Axı burada qızışmağa nə var?”.

7News.Az xəbər verir ki, bunu YAP-ın İcra katibi, millət vəkili Siyavuş Novruzov deyib. 

Deputat bildirib ki, sədr istənilən məsələyə müdaxilə etmək hüququna malikdir: “Etika qaydalarına riayət edək. Azərbaycanda mövcud adət-ənənə, böyük-kiçik məsələsi var. Milli Məclisdəki əvvəlki vəziyyətləri görmüşük. Deyirsiniz ki, həmin dövrə qayıdaq? Fikir bildirdin bitdi. Hər kəs deyə bilməz ki, bu fikir düzdür. Hər kəsin öz fikri var. Bir-birimizə hörmətlə yanaşmalıyıq. Söz verildi, danışırıq, mikrafon söndüsə, deməli söhbət bitdi. Hər kəs yerdən bir söz desə, onda bizim Milli Məclis hansı vəziyyətə qalar? Bu məsələni nəzərə almalıyıq”.

Xəbər lenti