Kafedə "cin" peyda olub? - Oğlanı gözləri ilə qaldırıb, yerə çırpdı - VİDEO - FOTO

Kafedə

The Sacred Rianna (müqəddəs Rianna) adı ilə tanınan Marie Antoinette Riana Graharani indoneziyalı qızın məşhur olmazdan əvvəl çəkilən qorxulu videosu yayılıb.

7News.Az xarici mətbuata istinadla xəbər verir ki, Riannanın 2011-ci ildə çəkilən görüntüləri yayılıb. Kadrlar kafenin təhlükəsizlik kamerasına düşüb. Videoda onun əl hərəkətləri ilə digər masadakı bakalı hərəkət etdirib, oğlanı baxışları ilə qaldırıb, yerə çırpması əksini tapıb.

Asiyada bacarıq müsabiqəsi olan "Asia's Got Talent"a qatılan Rianna münsifləri və tamaşaçıları qorxuya salıb. Onun çəkdiyi fotoda ölən adamın ruhu peyda olub, səhnəyə gətirdiyi kiçik qutudan 4-5 nəfər adam çıxıb. Rianna qeyri-adi bacarığı ilə "Asia's Got Talent"ın qalibi olub.

O, sonradan "America's Got Talent"a qatılsa da 4-də bir finaldan keçə bilməyib. ABŞ-lı tamaşaçılar onun performansını çox qorxulu hesab etdiklərinə görə Riannanı müsabiqədən uzaqlaşdırıblar.

 

Onun qorxulu videoları sosial şəbəkələrdə 100 milyona yaxın izlənilib. Özünü illüziyaçı kimi təqdim edən Riannanın sirri isə müəmmalı olaraq qalır.

Belə ki, onun insan deyil, cin olduğunu belə düşünənlər var. Bunu qızın danışmaması, danışanda robot kimi danışması, hərəkətləri ilə əlaqələndirirlər. O, daima səhnəyə ağ corab, dizdən ətək, əlində qorxulu gəlinciklə gəlib, saçlarını üzünə tökür.

Qeyd edək ki, Rianna 1992-ci ildə iyul ayının 13-də Cakartada dünayaya gəlib.

7News.Az


Kafedə

Xəbər lenti