Kainatın ən bəxtəvər yeri tapıldı - FOTO

Kainatın ən bəxtəvər yeri tapıldı - FOTO

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) kosmosda "smaylik"ə bənzəyən ulduz topası aşkarlayıb.

7News.Az Science Alert-ə istinadən bildirir ki, iki parıldayan sarı kürə və ağız formasındakı qövsdən ibarət qeyri-adi ulduz topası SDSS J0952 + 3434 qalaktik klasterindədir.

"Gülən" ulduz topasının görüntüsü NASA və Avropa Kosmik Agentliyinin (ESA) Hublle kosmik rəsədxanasında (NASA/ESA Hubble Space Telescope) quraşdırılmış Wide Field Camera 3 teleskopu vasitəsilə əldə olunub.

"Bu qalaktikanın aşağıdakı qövsü qravitasiyalı linzləşmə üçün səciyyəvidir. Onun işığı bizə çatana qədər massiv obyektdən keçdiyi üçün təhrif olunaraq dartılıb", - NASA-nın açıqlamasında deyilir.

 

Ulduzlar yarananda onlar "ulduz beşiyi" adlanan nəhəng qaz buludlarını tərk edirlər. Zaman keçdikcə bu "beşik"lər qeyri-stabil olur, qravitasiya gücləri nəticəsində parçalanır və yeni ulduzlar yaradacaq "toxum"lara çevrilirlər.

NASA "smaylik" qalaktika kimi ulduz toplarında yeni, "gənc" ulduzları tədqiq etməklə bu prosesin miqyasını, sürətini və işıq yayma aktivliyini müəyyənləşdirmək, bununla da Kainatın soyuq məkanlarında ulduzların yaranmasını anlamağa çalışırlar.

7News.Az

Kainatın ən bəxtəvər yeri tapıldı - FOTO

Kainatın ən bəxtəvər yeri tapıldı - FOTO

Kainatın ən bəxtəvər yeri tapıldı - FOTO

Xəbər lenti