Keniyada avtobus qəzası: 50 ölü

Keniyada avtobus qəzası: 50 ölü

Keniyanın şimal-şərqindəki Keriço bölgəsində baş verən avtobus qəzası zamanı 50 nəfər ölüb. 

7News.Az xarici KİV-ə istinadla xəbər verir ki, qəza nəticəsində 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 

Bu gün səhər saatlarında baş verən hadisə zamanı avtobus 20 metrlik dərəyə yuvarlanıb. 

Qəza ilə bağlı açıqlama verən polis nümayəndəsi James Mogera ölü sayının artacağını istisna etməyib. 

Hadisənin səbəbləri məlum deyil.

7News.Az

Xəbər lenti