Kim En Nam İlham Əliyevi təbrik edib

Kim En Nam İlham Əliyevi təbrik edib

Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim En Nam Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

7news.Az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab prezident. İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost ölkənizin hökumətini və xalqını səmimi qəlbdən təbrik edim.

Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında dərin tarixi kökləri olan ənənəvi dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizin inkişafı və firavanlığı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.

7news.Az

Xəbər lenti