“Kontakt Home”dan biabırçılıq - Borclu qadının şəklini binalara yapışdırdılar

“Kontakt Home”dan biabırçılıq - Borclu qadının şəklini binalara yapışdırdılar
Bakıda "ABC Telecom” şirkəti onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa edib.

Şirkət qadına borcunu ödəməsi üçün dəfələrlə müraciət etsə də, borc ödənməyib. 

"ABC Telecom” Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinə müraciət edib. Məhkəmə qadının 1583 manat borcunun ödənilməsi üçün qərar çıxarıb. Xanım borcu ödəməyib və şirkət onun şəklini Səbail rayonu ərazisində binalara yapışdırıb. 

Bəs, qadının şəklinin binalara yapışdırılması düzgündürmü?

Vəkil Xəyal Bəşirov deyir ki, şirkətin belə bir addım atması qanunsuzdur:

"Məhkəmə qətnaməsi varsa, işin icrasının həlli məhkəmə icraçılarının səlahiyyətinə keçir. Yəni işlə bağlı məhkəmə qətnaməsi varsa, şirkətin bu cür addım atması düzgün deyil”.

Vəkil qeyd edib ki, beynəlxalq təcrübədə belə hallar var:

"Kollektorlar banka borcu olanların yaşadığı ərazidə bu cür tədbirlər görürlər ki, vətəndaş pulu ödəsin. Ancaq bu məhkəməyə qədər olur. Məhkəmə qətnamə qəbul edirsə, şirkət heç bir addım ata bilməz”./oxu.az
7NEWS.az


Xəbər lenti