Koşiki-Do növü üzrə Azərbaycan çempionatı keçirildi

Koşiki-Do növü üzrə Azərbaycan çempionatı keçirildi

Dünən Aviasiya akademiyasının İdman zalında karatenin Koşiki-Do növü üzrə Azərbaycan çempionatı keçirildi. Koşiki-Do Federasiyasının prezidenti Talıb Berziyaqiyarovun və idman müəllimi qara kəmər ustası-dünya çempionu Nazim Mövsümzadənin təşkilatçılığı ilə keçirilən idman tədbirində Bakı şəhərinin bir çox rayon idmançıları qüvvəsini sınadı. Federasiya prezidentinin dediyi sözlərə görə bu idman növünə hələ indi-indi maraq yaranır: "İnsanların bu idman növünə marağı azdı. Biz öz qüvvəmizlə gəncləri və uşaqları cəlb edirik. Vaxtaşırı yarışlar təşkil edirik. Gənclərin bu sahəyə maraq göstərməsi və uğur qazanması üçün əlimizdən gələni edirik. Nazim müəllimin də dəstəyi ilə bu idman növünün inkişaf etməsinə çalışırıq. Və inanırıq ki, bu Koşiki-Do karate növü də ölkəmizdə inkişaf etdiriləcək. İdmançılarımız vətənimizi dünya miqyaslı yarışlarda layiqincə təmsil edib, bayrağımızı zirvələrə qaldıracaqlar". Əsl şəffalıqla keçirilən çempionatda müxtəlif yaş qruplarından olan idmançılar qüvvəsini sınadı. Sonda qaliblər diplom və medallarla təltif edildi. Diqqətimizi çəkən bir ildir bu idman növünün sirrlərini öyrənməyə çalışan və az öncə narıncı kəmər qazanan Murad Qədimlinin 2-ci yerə layiq görülməyi oldu. Bu onu deməyə əsas verir ki, artıq bu idman növünə maraq və diqqət yetərincədi. Sonda Talıb, Nazim müəllimlərə və büdün idmançılara uğurlar arzulayırıq.

Xəbər lenti