Kriştianunun "qayınatası" narkotacir imiş - FOTO

Kriştianunun

Kriştianu Ronaldonun sevgilisinin atası narkotacir imiş.

7News.Az bildirir ki, The Sun-un əldə etdiyi məlumata görə, 69 yaşlı Corc Rodriquez narkotik maddələrin ticarəti ilə məşğul olduğuna görə 10 ilə yaxın məhkumluq həyatı yaşayıb.

Corc Rodriquez 2003-cü ildə 120 min dollarlıq kokaini İspaniyadan Fransaya keçirməyə çalışarkən saxlanılıb. 2008-ci ildə azadlığa buraxılsa da, sonradan yenə tutulub. 2 il də həbsxana həyatı yaşadıqdan sonra 2013-cü ildə sərbəst buraxılıb.

 

Corc saxlanılarkən onun evindən xeyli sayda silah və mərmilər tapılıb.

Qeyd edək ki, onun model qızı gələcəkdə portuqaliyalı ulduz futbolçu ilə ailə qurmağa hazırlaşır. Georgina Rodriquezin Kriştianudan bir övladı da var.

7News.Az

Xəbər lenti