Küçədə tanış olduğu 24 yaşlı qızı qaçırtdı, aylarca təcavüz etdi - Dəhşət

Küçədə tanış olduğu 24 yaşlı qızı qaçırtdı, aylarca təcavüz etdi - Dəhşət
Tanımadığı adam tərəfindən aldadılaraq qaçırılan qadın işgəncə və təcavüzə məruz qalıb.

7News.Az "milliyet.com.tr"- yə istinadən xəbər verir ki, zorlama hadisəsi Ukraynanın Yalta şəhərində baş verib.

Evlilik təklifi gözlədiyi sevgilisi tərəfindən tərk edilən 24 yaşlı qadın yol kənarında oturaraq ağlayıb. Bu zaman ağlayan qadını görən Oleq adlı şəxs onu aldadaraq evinə aparıb.
32 yaşlı Oleq onu 2 ay ərzində zorla yaşadığı daxmada saxlayıb. Bu müddətdə qadına dəfələrlə işgəncə verərək təcavüz edib. Qadın bir neçə dəfə qaçmağa çalışsa da, bu cəhdləri uğursuz olub.

Daha sonra hadisədən xəbər tutan polis Oleqi həbs edib.

 

7News.Az

Xəbər lenti