Ölən qonşusunun kartını oğurladı, pulla 2 il "Dominos"dan pizza sifariş etdi - FOTO

Ölən qonşusunun kartını oğurladı, pulla 2 il

24 yaşlı oğlan ölən qonşusunun bank kartını oğurlayıb və iki il boyunca onun ölümü barədə kimsəyə xəbər vermədən hesabdakı pulları mənimsəyib.

7News.Az Metro-ya istinadla xəbər verir ki, Birləşmiş Krallığın Banqor vilayətində yaşayan 24 yaşlı Robert Şarki ( Robert Sharkey ) 2015-ci ildə qonşusu Mari Kanlonun (Marie Canlon)ölümündən sonra zorla onun evinə girib. O, evdən bank kartı, kofe hazırlama aparatı, 50 fund-sterlinq pul və fanar götürərək çıxıb və iki il müddətinə onun ölümü barədə kimsəyə məlumat verməyib.

Qadının cəsədi 2017-ci ildə tapılıb. Marini 2015-ci ildən sonra sağ görən olmayıb.

Robert saxlanılıb. O, qadının pullarını mənimsədiyinə və iki il boyunca onun ölümünü gizlətdiyinə görə həbs olunub.

 

Məhkəmədən bildirilib ki, Robert pulların bir hissəsi ilə telefon borclarını ödəyib, digər qismi ilə isə özünə qonaqlıq verib. O, iki il ərzində "Domino's" restoranından 8000 dollarlıq pizza sifariş verib. Robert təkcə pulun 5,988.39 fund-sterlinqini yeməyə xərcləyib.

Məhkəmə prosesi davam etdirilir.

7News.Az

Xəbər lenti