Ölən sevgilisi ilə dəfn mərasimində nişanlandı – Ürəkdağlayan hadisə/Foto

Ölən sevgilisi ilə dəfn mərasimində nişanlandı – Ürəkdağlayan hadisə/Foto
Gənc oğlan avtomobil qəzasında vəfat edən sevgilisinin dəfnetmə mərasimi zamanı nişanlanıb.

7News.AzTeleqraf.com-a isstinadən xəbər verir ki, bu qəribə hadisə Hindistanın Tamil Nadu əyalətində qeydə alınıb.

Cənazə mərasimindən çəkilən görüntülərdə qəmgin olduğu görünən şəxs mərasimdə iştirak edənlərin qarşısında hind ənənələrinə uyğun olaraq rituallar həyata keçirib.

Vəfat edən gənc qızın anası hind ənənələrinə uyğun şəkildə gəlin kimi geydirilən qızının üzərinə sevgi simvolu olaraq qızıl güllər atıb. Qızın alnına oğlan tərəfindən qırmızı nöqtə qoyulan zaman ana özünü saxlaya bilməyib, ağlayıb.

Qeyd edilir ki, gənc cütlük son 4 ili birlikdə olublar və avtomobil qəzasından əvvəl evlənmək haqda qərar veriblərmiş.
 

7News.Az

Xəbər lenti