Liberman “erməni soyqırımından” danışdı - VİDEO

Liberman “erməni soyqırımından” danışdı - VİDEO

İsrailin müdafiə naziri Aviqdor Liberman "erməni soyqırımı” faktını yenə şübhə altında qoyub.

7news.Az-ın məlumatına əsasən, "RTV1" telekanalının efirində aparıcı Libermana "Türkiyəyə zidd olaraq "erməni soyqırımını” tanımağa necə baxır?”, - sualını verib.

"Mən düşünmürəm ki, məhz bu məsələyə qayıtmaq lazımdır. Çünki bu, hər şeydən əvvəl, tarixi, həm də mübahisəli məsələdir. Düşünmürəm ki,bugünkü gün bunun İsrailin Türkiyə ilə bağlı mövqeyinə təsiri var”, - deyə Liberman cavab verib.

Aparıcının "Siz Bakını və ya Ermənistan-İsrail münasibətlərini dəstəkləyirsiniz?” sualına cavab olaraq Liberman bildirib: "Sözsuz ki, biz Azərbaycan, Bakı ilə münasibətlərimizi çox dəyərləndiririk”.

7news.Az

Xəbər lenti