Liviyada məsciddə partlayış: Səkkiz ölü – FOTO

Liviyada məsciddə partlayış: Səkkiz ölü – FOTO

Liviyada – Benqazidə məsciddə partlayış törədilib.

Hadisə Ağdəniz sahillərində qeydə alınıb.

Şəhər sakinlərinin bildirdiyinə görə, məsciddə partlayış olub. Partlayış nəticəsində səkkiz nəfər ölüb.

Partlayış Macuri rayonunda baş verib.

Xatırladaq ki, iki həftə öncə terrorçuların Benqazi şəhərində məscid yaxınlığında içi partlayıcı ilə dolu iki avtomobili partlatmaları nəticəsində azı 35 nəfər həlak olmuşdu.

7News.az

 

Xəbər lenti