Ölkə iqtisadiyyatında yüksək maaş alanlar bəlli oldu

Ölkə iqtisadiyyatında yüksək maaş alanlar bəlli oldu

İlin əvvəlindən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 1538,2 min nəfər olub. 

7news.Az xəbər verir ki, 887,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 651,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 

2018-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq, 538,8 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də, tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 

7news.Az

Xəbər lenti