Ölkədə dəhşətli qətl - Bacı torpaq üstündə qardaşını öldürdü

Ölkədə dəhşətli qətl - Bacı torpaq üstündə qardaşını öldürdü
Hadisə Türkiyədə baş verib. 

7News.Az Türkiyə mətbuatına istinadən bildirir ki, cinayət Balıkesir bölgəsinin Savaştəpə qəsəbəsində törədilib.

Belə ki, 44 yaşlı Hülya B. mübahisəli ərazi məsələsinə görə, böyük qardaşı Ramazan Zümrütləri ov tüfəngiylə vuraraq öldürüb.

Ramazan Zümrütler (51) və bacısı Hülya B. (44) heyvanları otarmaq və torpaq mübahisəsi ucbatından aralarında mübahisə düşüb. Mübahisə böyüyüb dava-dalaş həddinə gəldikdə, Hülya B. qardaşı Ramazana ov tüfəngiylə 3 dəfə atəş açaraq qətlə yetirib.

Qadın daha sonra polis tərəfindən həbs edilib.

7News.Az

Xəbər lenti