Magistratura üzrə 2016-cı ilin birincisi 7News.Az-a

Magistratura üzrə 2016-cı ilin birincisi 7News.Az-a

2016-cı ildə keçirilən Magistraturaya qəbul imtahanlarının 1-ci mərhələsinin nəticəsi açıqlandıqdan sonra, hər kəsə maraqlı olan ən yüksək nəticəni gösətərənin kimliyi idi.

Belə ki, bu nəticəni 96 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinin 4-cü kurs tələbəsi Tural Cavid oğlu İsmayılzadə toplayıb.

Biz də 7News.Az informasiya portalı olaraq qalibimizlə söhbətləşdik.

Birinciyili qazanacağına inanırdınmı? sualımıza "Əlbəttə. Sınaqlarda nəticələrim yüksək olurdu. Ona görə də ən yüksək nəticəni qazanacağıma ümidli idim.

Əlavə olaraq ürək sözlərini də bölüşən Tural, bunları əlavə etdi: "May ayında tədris mərkəzilərinin birində qəbul imtahanında iştirak etdim və ödənişsiz hazırlaşmaq şansı qazandım. Sentyabrdan başlayan hazırlıqlar, hər həftəsonu sınaqlar, müəllimlərin gərgin əməyi sayəsində qəbul imtahanında uğurlu nəticə göstərdim. Tədris Mərkəzinin rəhbərliyinə, bütün müəllimlərimə və mərkəzin bütün işçilərinə təşəkkür edirəm! Bütün bakalavrlara 2-ci turda uğurlar arzu edirəm!"

Ozal İBRAHİMLİ
7News.Az

Xəbər lenti