“Maliyyə bazarlarının tənzimlənməsi və nəzarət haqqında” qanun parlamentin payız sessiyasına qaldı

“Maliyyə bazarlarının tənzimlənməsi və nəzarət haqqında” qanun parlamentin payız sessiyasına qaldı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) hazırladığı "Maliyyə bazarlarının tənzimlənməsi və nəzarət haqqında” qanun layihəsi gələn il təsdiq üçün Milli Məclisin payız sessiyasına təqdim olunacaq.

7news.Az Report-a istindən xəbər verir ki, bu barədə Bakıda keçirilən "Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda MBNP-nin Hüquqi təminat İdarəsinin rəisi Nurlan Babayev məlumat verib.

Onun sözlərinə görə, bu, vahid çərçivə qanunu olacaq: "Söhbət maliyyə bazarlarını tənzimləyən vahid hüquqi çərçivənin yaradılmasından, risk əsaslı və qabaqlayıcı tənzimləmə və nəzarət tədbirlərinin görülməsindən, nəzarət tədbirləri zamanı yeni alətlərin tətbiqindən və s.-dən gedir”.

Bundan başqa, gələn il Azərbaycan parlamenti "Ödəniş sistemləri haqqında” qanun layihəsinə baxmalı olacaq. N.Babayev deyib ki, indiyə qədər ölkədə ödəniş sistemləri tənzimlənməsə də, artıq buna ehtiyac yaranıb: "Bu günə qədər, bəlkə də, yaxşı olub ki, ödəniş sistemlərinin fəaliyyətini tənzimləməmişik, onlara kapital tələbi qoymamışıq və inkişaf ediblər. Amma artıq tənzimləməyə ehtiyac yaranıb”.

 

7news.Az

Xəbər lenti