Maliyyə Nazirliyi ABB-də nöqsanlar aşkarlayıb

Maliyyə Nazirliyi ABB-də nöqsanlar aşkarlayıb

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb. 

Nazirlikdən 7News.Az-a verilən xəbərə görə, Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hesabat dövründə "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı istintaqı aparılan cinayət işi ilə əlaqədar "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən 2001-ci ilin yanvar ayından 2015-ci ilin may ayına kimi olan dövrdə hüquqi və fiziki şəxslərə kreditlərin verilməsi, istifadəsi və qaytarılması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı aparılan nəzarət tədbirləri yekunlaşdırılıb.

Aşkar edilən nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilib.

7News.Az

Xəbər lenti