Maradona evlənir - 29 yaş kiçik Rosioyla

Maradona evlənir - 29 yaş kiçik Rosioyla

Futbol əfsanəsi Dieqo Maradona özündən 29 yaş kiçik sevgilisi ilə evlənməyə hazırlaşır.

7news.Az "Daily Mail”ə istinadla xəbər verir ki, 57 yaşlı Maradona sevgilisi Rosio Olivenın 28-ci doğum günündə ona evlənmə təklif edib. Toyun tarixi və keçiriləcəyi yer barədə hələ məlumat yoxdur.

 

Qeyd edilir ki, cütlük 2014-cü ildə evlənməyə hazırlaşsa da, Maradonanın sevgilisini oğurluqda, qarşı tərəf isə futbolçunu güc tətbiq etməkdə ittiham etdiyinə görə ayrılmışdılar.

7news.Az

Xəbər lenti