Masazırda yol kənarı ilə gedən uşağı motosiklet vurub

Masazırda yol kənarı ilə gedən uşağı motosiklet vurub

Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

2008-ci il təvəllüdlü Kiçikbəyova Aysu Ağamir qızı yol kənarında hərəkət edən zaman onu motosiklet vurub.

A.Kiçikbəyova ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır./report

 
 
7news.Az

Xəbər lenti