Maşın qaçırdı, qəza törətdi

Maşın qaçırdı, qəza törətdi

Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb.

"Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verir ki, hadisə dekabrın 3-nə keçən gecə Nərimanov rayonu ərazisində baş verib. Bakı şəhər sakini Ramil Hüseynova məxsus "VAZ-2107” markalı avtomobilin qaçırılması barədə DİN-in "102 Zəng Mərkəzi”nə məlumat daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 2:00 radələrində paytaxtın Nizami rayonu ərazisində qabaq hissəsi əzilmiş vəziyyətdə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin və Nizami RPİ 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onu idarə edərək hadisəni törətməkdə şübhəli bilinən şəxs avtomobillə birgə 18-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırmalarla həmin şəxsin Biləsuvar rayon sakini Şahin Cavadov olması və onun dekabrın 3-nə keçən gecə "Mercedes” və "Niva” markalı 2 avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməsi də müəyyən edilib. 

Xəbər lenti