Mehriban Xanlarova qəzəbləndi: "Lüt şəkillərimi..."

Mehriban Xanlarova qəzəbləndi:

Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarovanın müğənni Niyam Səlami ilə çəkdirdiyi fotosu sosial şəbəkədə müzakirələrə səbəb olub. İnsanlar bu fotoya görə aktrisanı az qala topa tutublar.

7news.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən əməkdar artist fotosunu yayanlara səslənib:

 

"Burda nə var axı, adi şəkildir. Özü də çoxdan çəkilib. Biz "Zarafat-zarafat" verilişində qonaq olarkən, Niyam Səlami ilə divanda oturub, bu fotonu çəkdirdik. Müğənni Kərim də şəkli oğurlayıb paylaşdı. İnsanlar da başladılar ağızlarına gələni yazmağa. Mən bu hərəkətinə görə, Kərimi məhkəməyə də verdim. İndi yenidən bu fotonu paylaşıblar, heç vecimə də deyil. Məni daha heç kim hövsələdən çıxara bilməz. İstəyirlər lap lüt şəklimi yaysınlar, nə istəyirlər eləsinlər. Orda nə var axı, adi şəkildir. Bəzi insanlar mənim gözəlliyimi həzm edə bilmədiyi üçün başlayırlar nələrsə yazmağa. Adi bir fotosesiya etdirirəm, ona da irad tuturlar. Ay balam, mən aktrisayam, səhnə adamıyam, yəni bir fotosesiya etdirə bilmərəm? Paltarsız ki, deyiləm, əynimdə geyim var".
Mehriban Xanlarova qəzəbləndi:

7news.Az

Xəbər lenti