Məktəbdən çıxan şagirdi traktor vurub öldürdü - FOTO

Məktəbdən çıxan şagirdi traktor vurub öldürdü - FOTO
Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.
 
Hadisə rayonun Əliabad qəsəbəsində baş verib. Belə ki, Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin 2-ci sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.  Faktla bağlı araşdırmalara başlanılıb./report
 
7News.az
 


Xəbər lenti