Məktəbin önündə güllələnmə: ana qulduru vurdu - VİDEO - FOTO

Məktəbin önündə güllələnmə: ana qulduru vurdu - VİDEO - FOTO

Braziliyanın San-Paulu şəhərinin Suzanu səmtindəki özəl məktəblərdən birinə yaxınlaşan şəxs orada tapançanı çıxararaq valideynlərlə uşaqları güllələmək istəyib.

7news.Az Daily Mail-ə istinadən bildirir ki, 21 yaşlı Elivelton Nevs Moreyranın atəş açmağa hazırlaşdığını görən 42 yaşlı Katya da Silva Sastre tapançasına əl atıb və bədəməli güllələyib.

Moreyra aldığı yaralardan hadisə yerində keçinib.

Hərbi polis zabiti olan Katyanın iki qızından biri həmin məktəbdə təhsil alır. O, Analar Günü münasibətilə məkətəbdə təşkil olunmuş təntənəli nahara qatılmaq üçün gəlmişdi.

Polis araşdırma aparıb və Katyanın davranışını qanuni sayıb.

 

San-Paulu ştatının qubernatoru Marsio Fransa cəsur polis zabitini mükafatlandırıb.

7news.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məktəbin önündə güllələnmə: ana qulduru vurdu

Xəbər lenti