Melaniya Tramp Ağ Evin həyətindəki 200 illik ağacları kəsdirir

Melaniya Tramp Ağ Evin həyətindəki 200 illik ağacları kəsdirir

Ağ Evin həyətyanı sahəsində yerləşən, 19-cu əsrdə ABŞ prezidentləri tərəfindən əkilən ağaclar kəsilir.

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı, birinci ledi, Melaniaya Trampın qərarı ilə prezident iqamətgahının həyətində olan yaşlı ağaclar kəsilməyə başlayıb.

"Həmin ağaclar çox təhlükəlidir. Hər an aşa və insanlara xəsarət yetirə bilər. Mən bunu Ağ Ev sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə edirəm", - Melaniya Tramp bildirib.

Ağ Evin rəsmi açıqlamasına görə, ABŞ-ın 7-ci prezidenti olmuş Endrü Cekson tərəfindən 1835-ci illərdə əkilən maqnoliyalar hazırda istifadəsiz və təhlükəli vəziyyətdə olduqları üçün kəsilir. Bu günə qədər ağacları xüsusi konstruksiyaların dəstəyi ilə saxlayıblar.

 

"Ağacların kökləri saxlanılacaq və yerlərində yenidən maqnoliyalar əkiləcək",- Ağ Evdən bildirilib.

"Fox News" telekanalının məlumatına görə, Donald Tramp və birinci ledinin Ağ Evdə bu cür yeniliklər etməsi, tarixi önəm daşıyan əşyalara, bitkilərə zərər verməsi yerli əhalini hiddətləndirib./publika.az

İcmal.Az

Xəbər lenti