Məmmədyarov: Nyu-Yorkda XİN rəhbərlərinin görüşü keçiriləcək

Məmmədyarov: Nyu-Yorkda XİN rəhbərlərinin görüşü keçiriləcək

Bakıda Azərbaycan və Yaponiya xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Taro Kononun görüşü keçirilib.

7News.Az xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov ölkələrarası dostluq və əməkdaşlıqdan söz açıb.

"Azərbaycanla Yaponiya arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr inkişaf edir. Yaponiyanın 30 şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bu ölkə Azərbaycana yeddi milyard dollar investisiya qoyub.

GUAM-la Yaponiya arasında əlaqələrin qurulması nəzərdə tutulur. Odur ki, Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində xarici işlər nazirlərinin görüşü keçiriləcək”, - deyə E.Məmmədyarov bildirib.

7News.Az

Xəbər lenti