Məmmədyarov Qarabağdan danışdı: “Ermənistana zaman lazımdır”

Məmmədyarov Qarabağdan danışdı: “Ermənistana zaman lazımdır”
"Ermənistanın yeni rəhbərliyinə münaqişənin həlli prosesinin hərtərəfli öyrənilməsi üçün yəqin ki, zaman lazımdır”.

Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov "Trend”ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri çərçivəsində Azərbaycan dövlət başçısı ilə keçirilən görüş zamanı münaqişənin həlli prosesinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı: "Münaqişənin həll olunmamasının bölgə üçün, xüsusilə də Ermənistanın özü üçün doğurduğu fəsadlar və əksinə, münaqişənin həllinin bu ölkəyə gətirəcəyi inkişaf barədə konkret ismarıclar son zamanlar beynəlxalq ictimaiyyət tərəfindən daha tez-tez səslənməkdədir. Fikrimcə, Ermənistanın hazırkı rəhbərliyinin məsələyə bu xüsusda yanaşması, konstruktiv və nəticəyə yönəlik danışıqlara geri dönməsi onların özlərinin bəyan etdikləri sülh şəraitinin yaradılması istiqamətində atılmış addım olardı. Anlayıram ki, Ermənistanın yeni rəhbərliyinə münaqişənin həlli prosesinin hərtərəfli öyrənilməsi üçün yəqin ki, zaman lazımdır. Lakin onilliklərdir ki, davam edən danışıqlar prosesinin növbəti illərdə əsassız şəkildə davam etdirilməməsi üçün Ermənistanın, nəhayət ki, qonşu Azərbaycanla beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək və hörmət əsasında münasibətlər qurmasının əhəmiyyətini dərk etməsi vacibdir”.
 
7News.Az

Xəbər lenti