Məmmədyarov: Seçim artıq Ermənistan tərəfdədir

Məmmədyarov: Seçim artıq Ermənistan tərəfdədir

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)  Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək görüşlə bağlı açıqlama yayıb.

7news.Az-ın xəbərinə görə, açıqlamada bildirilir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk qrupu həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endrü Sxofer - ABŞ) vasitəçiliyi ilə 11 iyul tarixində Brüsseldə görüşəcək: 

"Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edəcək. Görüş əsnasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq”.

E. Məmmədyarov isə AZƏRTAC-a geniş müsahibəsində görüşlə bağlı bunları deyib:

"…Danışıqlar prosesində Azərbaycanın mövqeyi aydın, birmənalı və qətidir və bu, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanır.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin formatı və gündəliyi aydındır.

Münaqişənin mərhələli həlli prosesinin yol xəritəsini də hər kəs çox yaxşı bilir.

Münaqişənin həllində irəliləyiş əldə etmək üçün, ilk növbədə, işğal faktı aradan qaldırılmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.

İyulun 11-də Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Seçim Ermənistan tərəfdədir.

Qarşıdan gələn görüş göstərəcək ki, Ermənistan, nəhayət, münaqişənin həllində konstruktiv rol oynamağa hazırdır, ya yox…”.

7news.Az

Xəbər lenti