Məmmədyarov SPONSOR YAĞIŞINA tutuldu - 2 bank, 1 şirkət, 1 hotel...

Məmmədyarov SPONSOR YAĞIŞINA tutuldu - 2 bank, 1 şirkət, 1 hotel...
İdman jurnalisti Sənan Şəfizadə dünyaca məşhur qrossmeyster Şəhriyar Məmmədyarova sponsorluq etmək istəyən şirkətlərin olduğunu bildirib.

7News.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib:

"Məlum statusdan sonra mənə zəng vuran 2 bank, qida sektorunu təmsil edən 1 şirkət, 1 hotel onunla sponsorluq müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Yəqin ki, nəticəsi müsbət olacaq. Bir şirkət 3 il müddətinə onun şəxsi saytını pulsuz idarə etmək, eləcə də dizaynını yeniləməyi təklif etdi. Təkliflər az deyil. Sadəcə çox istərdim ki, Şəhriyarın sponsoru dünya brend şirkətlərindən biri olsun”.

Qeyd edək ki, ötən gün dünyaca məşhur qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmaması və yarışlara sırf maddi baxımdan təminatını ödəmək üçün qatıldığını yazmışdı.
 

7News.Az

Xəbər lenti