Məmmədyarov və Mnatsakanyan yanvarda görüşə bilər

Məmmədyarov və Mnatsakanyan yanvarda görüşə bilər

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyana bu ilin yanvarında görüşməyi təklif ediblər. 

7News.Az xəbər verir ki, bununla bağlı "Sputnik Ermənistan”a Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan məlumat verib. 

"Həmsədrlər yanvarda görüşməyi təklif ediblər. Görüşlə bağlı razılıq əldə ediləndən sonra geniş məlumat veriləcək”, - Naqdalyan bildirib. 

Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında son görüş dekabrın 5-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Milanda baş tutub. Tərəflər bu formatda görüşlərin davam etdirilməsi və danışıqların dinamikasının saxlanılması ilə bağlı razılığa gəliblər.

7News.Az

Xəbər lenti