Məmmədyarov: Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var

Məmmədyarov: Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var

"Bu gün Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var".

7news.Az-ın Report-un Rusiya bürosuna istinadən məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının 7-ci iclasında çıxış edərkən deyib.

"Əminəm ki, Xəzəryanı dövlətlər beynəlxalq hüququ nəzərə almaqla, Xəzərin statusuna dair konsensus əldə etmək üçün əllərindən gələni edəcəklər", - E.Məmmədyarov bildirib.

 

7news.Az

Xəbər lenti