"Mən də o yolla ana olacam" - Zemfira

Aparıcı Zemfira Adıgözəlova ana olmaq istəyir. 

 
7News.Az-ın məlumatına görə, o, bu haqda ARB TV-nin "Şou news” verlişinə açıqlamasında deyib. Aparıcı eyni zamanda efirdən uzaqlaşmasının səbəbini açıqlayıb:

"Efirlərə qayıtmağı istəmirəm. Çünki düşünürəm ki, öncə ailə önəmlidir. Mən Oksana üçün çox sevindim. O illərdir ana olmağı gözləyirdi. Eləcə mən də. Qismət olsa, Oksana kimi o hissi duyaram. O yolnan və ya başqa bir yolla, mən də ana olmaq istəyirəm. Analıq çox gözəl duyğudur. Allah qismət edərsə, tezliklə mən də o hissi duyaram”.

 

 7News.Az

 

Xəbər lenti