Menecer: Onlar Həbibə toxuna da bilməz

Menecer: Onlar Həbibə toxuna da bilməz
Rusiyalı idmançı Həbib Nurməhəmmədovun meneceri Əli Abdel-Əziz bəyan edib ki, gəlir gətirməyən döyüşlər maraqsızdır. 

Menecer Həbibin çempion tituluna iddialı olan şəxslərlə döyüşməsini istəmədiyini bildirib. 

"Həbib dünya super ulduzuna çevrildi. O, Putin, Ərdoğanla görüşür. O biri oğlan isə dükanda spirtli içki satır. Sanki onlar fərqli planetlərdəndir. Qoy hər kəs öz işi ilə məşğul olsun”, - deyə o vurğulayıb.

Menecer doğrudan da Konor Makqreqorun öz qanı ilə boğulacağını görmək istədiyini bildirib: 

"Askren, Vudli. Onlardan heç biri Həbibə toxuna da bilməz. Məni iddiaçılar narahat etmir, bizə 50-100 milyon dolları gətirəcək şəxs lazımdır. Askrenlə Vudli isə heç 100 min dollar gətirməyəcəklər”.


 

7News.Az

Xəbər lenti