“Mercedes” pilotu: Bakıda diz çöküb, uşaq kimi ağladım

“Mercedes” pilotu: Bakıda diz çöküb, uşaq kimi ağladım

"Formula 1” yarışında "Mercedes” komandasının şərəfini qoruyan finlandiyalı avtopilot Valtteri Bottas Azərbaycan Qran-Prisində bolidinin trasdan çıxmasını karyerasının ən çətin anlarından biri olduğunu etiraf edib.

7News.Az "Nevasport”a istinadən xəbər verir ki, pilot yarışın onun üçün uğurlu başladığını deyib.

O, uzun müddət yürüşün liderləri sırasına düşə bilməsə də, fəxri kürsüdəki yerlərdən birini tutmağa və hətta qələbəyə real şansı olub. Ancaq finişi birinci keçməyə çalışan vaxt maneəyə ilişib və bolidinin təkəri deşildiyindən yarışda iştirakını dayandırmağa məcbur olub.

V.Bottas baş verən hadisənin bütün komandasını, ən çox isə onu məyus etdiyini diqqətə çatdırıb.

"Diz çöküb, uşaq kimi hönkür-hönkür ağlayırdım”, - deyə avtopilot bildirib. Bottas bütün komanda yoldaşlarının ona dəstək olduğunu vurğulayıb.

7News.Az

Xəbər lenti