Məşhur bacıların 70 yaşlı atasının məşuqəsi varmış - FOTO

Məşhur bacıların 70 yaşlı atasının məşuqəsi varmış - FOTO

Dünyanın ən məşhur supermodelləri arasında yer alan 23 yaşlı Cici və 22 yaşlı Bella Hədid bacılarının atası, əslən iordaniyalı olan 70 yaşlı Məhəmməd Hədidlə bağlı qalmaqal yaranıb.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, böyük inşaat şirkətinin sahibi olan Məhəmməd Hədidin 25 yaşlı polyak model Yustina Monde ilə "eşq" yaşadığı bəlli olub.

Yustina Monde 70 yaşlı Hədidlə İnstagram-dakı yazışmasının skrinşotlarını açıqlayıb.

Bella və Cici Hədidlər iş adamı Məhəmməd Hədidin ikinci arvadı İolanda Fosterin dünyaya gətirdiyi qızlarıdır.

M.Hədidin ilk nikahdan Mariel və Alana adlı iki qızı var.

25 yaşlı Yustina ilə Məhəmməd Hədid 2014-cü ildə İnstagram-da tanış olub. Onlar bir neçə ay açıq-saçıq məzmunlu mesajlar "mübadiləsi"ndə olublar. Yustina çılpaq və yarıçılpaq fotolarını Məhəmməd Hədidə yollayıb, Məhəmməd Hədid də nəvəsi yaşındakı modelə əxlaqsız təkliflər edib.

 

Daha sonra onlar Polşanın Vroslav şəhərindəki Sofitel otelində görüşüblər, "eşq gecəsi" yaşayıblar.

Sonrakı üç ildə onlar Avropanın müxtəlif şəhərlərində görüşüblər.

"Məhəmməd həmişə arxamca özəl təyyarəsini yollayırdı. Aramızda yaş fərqi çox böyük olsa da, onu çox bəyənirdim. Daha sonra o, mənə sevgilisi olmağımı təklif etdi. İstəmədim, çünki sevgilim vardı", - Yustina Monde deyib.

Məhəmməd Hədid 2013-cü ildən bəri əslən iranlı olan 36 yaşlı model və teleulduz Şiva Səfəai ilə nişanlıdır.

"O, Şiva ilə evlənən deyil, çünki Şivanı sevsəydi, xəyanət etməzdi. Məhəmmədlə dost qaldıq, hələ də yazışırıq", - Yustina Monde bildirib.

7News.Az

Xəbər lenti