Məşhur döyüşçüyə Rusiya pasportu verildi – VİDEO

Məşhur döyüşçüyə Rusiya pasportu verildi – VİDEO

Qarışıq əlbəyaxa döyüş növləri (MMA) üzrə idman ustası Cef Monsona Rusiya Federasiyası vətəndaşının pasportu verilib.

7news.Az TASS-a istinadən xəbər verir ki, sənədi idmançıya Moskva vilayətinin qubernatoru Andrey Vorobyov təqdim edib.

"Mən, Cef Monson tam iradəli şəkildə Rusiya Federasiyası vətəndaşlığını qəbul edirəm.  Rusiya qanunvericiliyinə, onun vətəndaşlarının hüquq və azadlıqlarına riayyət edəcəyimə, dövlətin mənafeyi üçün RF vətəndaşının öhdəsinə düşənləri edəcəyimə, Rusiya Federasiyasının azadlıq və müstəqilliyini, və onun vətəndaşlarını qoruyacağıma, Rusiya mədəniyyəti, tarixi və ənənələrinə hörmətlə yanaşacağıma and içirəm”, - deyə idmançı andiçmə mərasimində bildirib.

Monson karyerası ərzində 86  döyüş keçirib, onlardan 59-da qələbə qazanıb, 26-da məğlub olub.

7news.Az

Xəbər lenti