Məşhur futbolçudan ALQIŞALAYİQ ADDIM: xərçəng xəstəsinin...

Məşhur futbolçudan ALQIŞALAYİQ ADDIM: xərçəng xəstəsinin...

İngiltərənin "Bornmut" klubunun futbolçusu Cermeyn Defo xərçəng xəstəliyindən dünyasını dəyişən azarkeşlə bağlı maraqlı addım atıb.

 7News.Az xəbər verir ki, 36 yaşlı hücumçu sabiq komandası "Sanderlend"in azyaşlı azarkeşi Bredli Louerinin adını qoluna döymə etdirib.

Qeyd edək ki, Cermeyn Defo 2015 - 2017 illər ərzində "Sanderlend"də çıxış edib. O, 57 dəfə İngiltərə millisinin formasını geyinib.

 

7News.Az

Xəbər lenti