Məşhur müsabiqədə biabırçı qalmaqal düşdü - VİDEO - FOTO

Məşhur müsabiqədə biabırçı qalmaqal düşdü - VİDEO - FOTO

Braziliyada ən məşhur gözəllik müsabiqələrindən olan "Miss Bumbum" başa çatıb. Amma çox böyük qalmaqalla.

7News.Az El Mundo-ya istinadən bildirir ki, San-Paulu şəhərindəki "Club Eazy" gecə klubunda finalı keçirilən müsabiqədə Rorayma ştatını təmsil edən 31 yaşlı Ellen Santana qalib sayılıb. Lakin 2-ci yerə layiq bilinən, Rio Qrande de Sul ştatından olan 27 yaşlı Aline Uva səhnədə dava salıb.

"Mənim yambızlarım burada rəqibsizdir. Çünki silikonlu deyil, təbiidir", - səhnədə Santanaya hücum etmiş Uva deyib.

3-cü yerin transseksuala verilməsi isə aranı əməllicə qarışdırıb.

Uvanın dediyinə görə, onun 110 sm-lik yambızları Santana ilə müqayisədə 5 sm böykdür: "Üstəlik, tamaşaçıların səslərinin əksəriyyətini mən almışdım".

 

Müsabiqənin qalibi Santana isə bütün iddiaları rədd edib: "Qələbəmə kimsə şübhə edə bilməz! Məni nədəsə suçlayanların hamısı plastik cərrahiyyə əməliyyatı nəticəsində "gözəl" olanlardır".

27 yaşlı transseksual Paula Oliveyraya 3-cü yerin verilməsi qalmaqalı daha da böyüdüb. Oliveyra 6 il əvvəl cinsini dəyişərək qadın olmuşdu.

"Miss Bumbum" gələn ildən etibarən beynəlxalq müsabiqəyə çevriləcək, "Miss Bumbum World" olacaq. Yeni müsabiqə Yaponiya və Rusiyada da keçiriləcək.

7News.Az

Məşhur müsabiqədə biabırçı qalmaqal düşdü

Məşhur müsabiqədə biabırçı qalmaqal düşdü - VİDEO - FOTO

Məşhur müsabiqədə biabırçı qalmaqal düşdü - VİDEO - FOTO

Məşhur müsabiqədə biabırçı qalmaqal düşdü - VİDEO - FOTO

Xəbər lenti