Məşhur öncəgörəndən 2018-ci il üçün - Dəhşətli proqnozlar

Məşhur öncəgörəndən 2018-ci il üçün - Dəhşətli proqnozlar

Bu günə qədər bir çox təxmini doğru çıxan türkiyəli astroloq Aslı Güder 2018-ci il üçün də proqnozlar verib.

7news.Az "Qaynarinfo”ya istinadən xəbər verir ki, Aslı Güder 2017-ci il üçün bir çox təxminlər irəli sürmüş və bu proqnozlar düz çıxmışdı.

Aslı Güderin 2017-ci il proqnozları:

- Türkiyədə 3 böyük şəhərin bələdiyyə sədri dəyişəcək

- Londonda yanğın və terror hadisələrini böyük ekranlardan izləyəcəyik

- İŞİD Yaxın Şərqdən Afrikaya istiqamət götürəcək

- Türkiyə hökümətində 4 nazir vəzifədən gedəcək, gözlənilməyən təyinatlar olacaq

- 2017-ci ildə İstanbulda proqnozlaşdırılan zəlzələlər baş verməyəcək

- Sənət və siyasət aləmində jurnalistlərin belə yaza bilməyəcəyi qalmaqallar olacaq

- Tramp İslam düşməni və özündən razı addımları ilə ABŞ və özü üçün problemlər yaradacaq

- Sevgi üzərində qurulmayan münasibət və nikahlar sonlanacaq

Aslı Güderin 2018-ci il üçün proqnozlarını təqdim edirik:

- 2018-ci ildə 3-cü dünya müharibəsi başlamayacaq, lakin daha pis terror hadisələri baş verəcək

- İŞİD Avropada nəqliyyat vasitələri ilə dəhşətli qətliamlar törədəcək

- Dünya iqtisadiyyatında ciddi hadisələr baş verəcək. Nəhəng şirkətlərdən biri batacaq

- Qlobal istiləşmə terror qədər çox insanın ölümünə səbəb olacaq. Şimal yarımkürəsində sahil şəhər və qəsəbələri su basacaq

- Heyvan və qadın hüquqları üçün yeni qanunlar qəbul olunacaq

- 2018-ci ildə ölümü elan olunmuş bir çox məşhurun sağ olduğu məlum olacaq

- Bir çox məşhur intihar edəcək

- Fərqli narkotik növləri istifadəyə veriləcək

- Terror qrupları kimyəvi və bioloji silahlarla alış-veriş mərkəzi və ictimai nəqliyyatda insanlara hücum edəcək

- Şərqdə yerləşən finans şirkətinə 11 sentyabr hadisələri qədər dəhşətli terror hücumu ediləcək

- Yeni din və dil meydana çıxacaq

- Kiber hücumlar artacaq: bəzi paytaxt şəhərləri işıqsız qalacaq

- Qidalardan gələn viruslar səbəbilə ciddi sağlıq problemi yaşanacaq

- 2018-ci il tarixin ən böyük xaosunun başladığı il kimi yadda qalacaq

7news.Az

Xəbər lenti