Metropolitenə yeni mətbuat xidməti təyin edildi

Metropolitenə yeni mətbuat xidməti təyin edildi

"Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.

7news.Az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, Bəxtiyar Məmmədov şöbə rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, B.Məmmədov bundan əvvəl şöbə rəisinin müavini vəzifəsində çalışıb.

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev mayın 31-də öz ərizəsi ilə işdən azad edilib. B.Məmmədov həmin tarixdən bu vəzifəni icra edirdi.

 
7news.Az

Xəbər lenti