Meymun kokosla qocanı öldürdü

Meymun kokosla qocanı öldürdü

Şri-Lanka adasında meymun qoca qadının üzərinə kokos atıb və onu öldürüb. 

7News.Az Lenta.ru-ya istinadla xəbər verir ki, bununla bağlı "Asia One” portalı məlumat yayıb. 

Hadisə paytaxtdan 150 kilometr aralıdakı Xalanqamuva kəndində baş verib. 

72 yaşlı Rencani Kulereytna evinin qarşısında əyləşən zaman ağacdakı meymun onun başına kokosla zərbə endirib. O, hadisə yerində keçinib. 

7News.Az

Xəbər lenti