Mikayıl Cabbarov deputatların suallarına cavab verdi

Mikayıl Cabbarov deputatların suallarına cavab verdi

Maliyyə nazirinin müavini Azər Bayramov deputatların büdcənin icrası zamanı qaldırdığı problemlərə münasibət bildirib. 

7news.Az xəbər verir ki, o qeyd edib ki, deputatlar tərəfindən elmdə, təhsil sahələrində büdcənin tam icra edilməməsi ilə bağlı narahatlıqlar bildirildi: " Ancaq bildirim ki, büdcənin yüz faiz icra olunması da praktik cəhətdən mümkün deyil. Burada müəyyən vakansiyalar, dəyişikliklər olur. Ona görə də təhsillə, elmlə bağlı icranın 93-94 faiz yerinə yetirilməsi normaldır. Müəyyən təkliflər isə 2018- ci ilin büdcəsinə nəzərdə tutulan dəyişiklikdə nəzərə alınacaq”.
Vergilər naziri Mikayıl Cabbarov isə öz növbəsində qeyd edib ki, ötən il ümumi gəlirlərinin artıqlaması ilə icra olunmasına baxmayaraq, büdcəyə ödənişdə 675 milyon manatlıq kəsir müşahidə edilib: " 2018-ci ildə əsas hədəfimiz qanunvercilik çərçivəsində tədbirlərin yerinə yetirilməsidir. Mövcud vergi yükü və vergi mədəniyyəti arasında fərq qənaətbəxş hesab edilə bilməz. Vergi mədəniyyəti həm vergi inzibatçılığı, həm də vergilərin könüllü ödənilməsi və bəyan edilməsidir. Dövlət başçısı tərəfindən qarşımızda qoyulan əsas tapşırıq sahibkarlar üçün vergi yükünün azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsidir. Növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə hesabatlığın artırılmasını təminedən tədbirləri və digər islahatları hazırlayıb təqdim etmişik. Çalışırıq ki, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə faydalı əməkdaşlıq edək. Qarşımızadakı əsas çağırışlar dövriyyələrin azaldılması, 2018-ci ilin əvvəlinə böyük həcmdə artıq ödəmələrin mövcudluğu, illərlə oturuşmuş iş sisteminin təkmilləşdirilməsidir”.
 
7news.Az

Xəbər lenti