TUMİB “Ağ ölümdən gənclərimizi qoruyaq” adlı layihənin icrasını başa çatdırıb.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclərin narkomaniyaya qarşı mübarizədə “Ağ ölümdən gənclərimizi qoruyaq” şüarı altında birləşməsi” adlı layihənin icrasını Şirvan şəhərində başa çatdırıb. TUMİB layihə çərçivəsində indiyə kimi Bakı şəhərinin Suraxanı rayonu, Qazax, Tovuz, Biləsuvar və Ağcabədi şəhərlərində narkomaniya əlehinə maarifləndirmə işləri apararaq, yüzlərlə gənclərlə görüşüb. Layihə çərçivəsində sonuncu tədbir isə Şirvan şəhərində baş tutub. Şirvan şəhərində keçirilən tədbir “Ağ ölümdən gənclərimizi qoruyaq!” adlı videoçarxın nümayişi ilə başlayıb. Şirvan rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində böyük məsləhətçi – Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nəsirov Rafael bildirib ki, Azərbaycan cəmiyyəti milli-mənəvi dəyərlərə nə qədər bağlı olsa da, bu bəla bizim ölkəmizdən də yan keçməyib.
R.Nəsirov vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə göstərdiyi səyləri müsbət qiymətləndirərək, qarşılıqlı əməkdaşlığın faydalı olacağını deyib. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov əvvəlcə layihə barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin məqsədi maarifləndirmə işi aparmaqla yeniyetmə və gənclər arasında narkomaniya əlehinə maarifləndirmə tədbirlərinin ölkə miqyasında keçirilməsi, yeniyetmə və gənclərdə narkomaniyaya nifrət hissinin oyadılması məqsədlərinin reallaşdırılması nəzərdə tutulur. Maarifləndirici tədbirlərin ardıcıl keçirilməsi yeniyetmə və gənclər arasında pis vərdişlərə qarşı müqaviməti artıracaq, bu istiqamətdə aparılan təbliğat işlərinin güclənməsinə təkan verəcək.
Ç.Bayramov deyib ki, narkotiqlərin qəbuluna sövq edən düşüncə və davranış modellərinin kök salmasının qarşısını almaq, sağlam həyat düşüncəsini və davranış modellərini aşılamaq üçün yeniyetmə və gənclər arasında müxtəlif maarifləndirici, təbliğat xarakterli tədbirlərin keçirilməsi zəruridir.
Tədbirdə TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə, birliyin idman mərkəzinin rəhbəri, karate üzrə dünya çempionu Dəyanət Mikayılov, həkim Könül Şəmiyeva və başqaları çıxış edərək narkotik maddələrin insan orqanizmi üçün zərərlərindən danışıblar. Qeyd ediblər ki, narkotik maddələrdən asılılıq insanda təkcə fiziki deyil, həm də mənəvi kütlük yaradır. Natiqlər gəncləri pis vərdişlərdən uzaq qalmağa və öz enerjilərini müsbət istiqamətə yönəltməyə səsləyiblər.
7news.Az
Xəbər lenti
-
01:29Azərbaycanda bu 2 nazir istefa ərizəsi yazdı - Onlar da gedir - ÖZƏL
-
21:09Dağıstanda terrorçular zərərsizləşdirilib
-
20:35Ermənistan prezidenti müxalifətin mitinqinə gedib
-
20:05İranda etiraz aksiyası — 150 nəfər saxlanıldı
-
19:49Rusiyanın baş naziri Novruz Məmmədovu təbrik edib
-
19:45Samir Nuriyev Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi
-
19:36Deputatların sayı azaldı
-
19:18Millət vəkili “Qaçqınkom”un sədri oldu - DOSYE
-
19:16Yola salınan Səlim Müslümov kimdir? - DOSYE
-
19:09İşdən çıxarılan İsmət Abbasov kimdir? — DOSYE
-
18:57İşdən çıxarılan Abid Şərifov kimdir? - DOSYE
-
18:43İlham Əliyevin təyin etdiyi yeni komitə sədri kimdir? – DOSYE
-
18:31Azərbaycanın yeni kənd təsərrüfatı naziri kimdir? - DOSYE
-
18:21İlham Əliyevdən yeni təyinat
-
18:15Yeni nazir Sahil Babayev kimdir? - DOSYE
-
18:10Abid Şərifov vəzifəsindən uzaqlaşdırılıb
-
18:07“ASAN” xidmətin sədri nazir oldu
-
18:06Səlim Müslümov vəzifəsindən azad edildi
-
18:04İlham Əliyev 2 naziri və 2 komitə sədrini işdən çıxartdı - TƏYİNATLAR
-
17:58Hacıbala Abutalıbov mer vəzifəsindən azad edildi (RƏSMİ)
-
17:53SON DƏQİQƏ: Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SURPRİZ ADLAR VAR (RƏSMİ)
-
17:10“Moskva-Siti”də yanğın: 300 nəfər təxliyə olunub
-
17:00Gürcüstanın baş naziri Novruz Məmmədovu təbrik edib
-
16:50"Cinsi əlaqəyə ehtiyacın var?"
-
16:40Tanklar və raket kompleksləri Moskvaya yeridildi
-
16:30Yerevanda irimiqyaslı terror aktının qarşısı alınıb
-
16:20Türkiyə məhv edilən terrorçuların sayını açıqladı
-
16:10Onbirqat Olimpiya çempionu: Şəhriyar son iki ildə çox möhtəşəm oyun sərgiləyir
-
16:00Uçan “Terminatorlar” raketlərdən yayına biləcək
-
15:50Azərbaycanlı aparıcının AÇIQ-SAÇIQ şəkilləri yayıldı - FOTOLAR
-
15:48Novruz Məmmədov təcrübəsinə ehtiyac var – RƏY
-
15:40Etiraz dalğası Ermənistanın daha bir şəhərinə yol tapdı
-
15:30Lənkəran sakininin evindən saxta əskinaslar götürüldü
-
15:22İlham Əliyev baş nazir təyinatı ilə bağlı sərəncam verdi
-
15:10Azərbaycanda toy günü faciə - FOTO
-
15:00ŞOK HADİSƏ - Qız rəfiqəsini avtobusun altına itələdi, anbaan görüntüləndi - VİDEO
-
14:50İran Vaşinqtonu xəbərdar etdi
-
14:40Bakıda evə maskalı şəxslər basqın ediblər
-
14:30İsmayıllıda intihara cəhd
-
14:2025 yaşlı modeldən cəsarətli fotosessiya
Digər xəbərlər
-
QHT
SƏRDAR YUSİFOĞLUNUN PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU
-
QHT
QHT sədri Prezidenti təbrik etdi
-
QHT
Loqosda növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib
-
Sosial, QHT
Gənclər Fondu və UNICEF arasında əməkdaşlığın əsası qoyuldu
-
QHT
ADTGT: Seçkilərdə müşahidə proseslərinə heç bir müdaxilə halları qeydə alınmayıb
-
QHT
“Loqos”da “Aprel zəfəri Böyük Qayıdışın başlanğıcı” adlı tədbir keçirilib – FOTO+VİDEO
-
QHT
Milli Şuranın nümayəndəsi Strasburqda “Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresi”-nin plenar iclasında iştirak edib
-
QHT
NƏ ETMƏLİ? - Günel Səfərova yazır
-
QHT
"Gənclər üçün Təhsil Mərkəzi" İB-nin "31 Mart Soyqırımını Tanı" "Twitter" aksiyası kütləviliyi ilə seçilib