Millimiz dünya çempionatından məğlubiyyətlə ayrıldı

Millimiz dünya çempionatından məğlubiyyətlə ayrıldı

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada voleybol üzrə dünya çempionatının ikinci mərhələsində son oyununu keçirib.

7News.Az xəbər verir ki, millimiz özü kimi autsayder olan Bolqarıstan yığması ilə qarşılaşıb və 0:3 uduzub (19:25, 20:25, 20:25).

Bununla da millimiz dünya çempionatında cəmi iki qələbə qazanıb və digər yeddi oyunda uduzub.

7News.Az

Xəbər lenti