Millimiz FİFA reytinqində gerilədi

Millimiz FİFA reytinqində gerilədi

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

7News.Az AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası bir pillə geriləyib. Millimiz 281 xalla 118-ci yerdə qərarlaşıb.

Reytinq cədvəlinə 1602 xalla Almaniya yığması liderlik edir. Braziliya yığması 1483 xalla ikinci, Portuqaliya millisi isə 1358 xalla üçüncü pillədə yer alıb.

7News.Az

Xəbər lenti