Millimiz Qızıl Avropa Liqasında mübarizəyə başlayır

Millimiz Qızıl Avropa Liqasında mübarizəyə başlayır

Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasının oyunları başlayacaq.

7news.Az  xəbər verir ki,  A qrupunda yer alan Azərbaycan millisi yarışda ilk görüşünü Ukrayna yığmasına qarşı keçirəcək. Faiq Qarayevin rəhbərlik etdiyi komanda rəqibini Bakıda, Voleybol Mərkəzində qəbul edəcək.

 

Matç saat 18:00 start götürəcək. Qarşılaşmanı Epaminondas Gerothodorosla (Yunanıstan) Eldar Əliyev (Azərbaycan) idarə edəcəklər. Qrupumuzun digər görüşündə isə Bolqarıstan Portuqaliyanı sınağa çəkəcək.

7news.Az

Xəbər lenti