“Monako” azarkeşlərin pullarını geri qaytaracaq - SƏBƏB + VİDEO

“Monako” azarkeşlərin pullarını geri qaytaracaq - SƏBƏB + VİDEO

Fransa çempionatının XXXIII turunun "Pari Sen-Jermen”lə oyununda 1:7 hesablı darmadağına məruz qalan "Monako” klubu azarkeşlərindən üzr istəyib.

7news.Az xəbər verir ki, klub bunun üçün rəsmi şəkildə oyuna gəlmiş azarkeşlərinə xərclədikləri biletin pulunu qaytaracağını bəyan edib. 

Pulun hansı yolla qaytarılacağı hələlik bəlli deyil. Klubdan bildirilib ki, bu detallara tezliklə aydınlıq gətiriləcək.

Qeyd edək ki, artıq 27-ci dəqiqədə Paris təmsilçisi knyazlıq klubunu 4:0 hesabı ilə məğlub edib. 7:1 hesablı qələbə ilə PSJ Fransa çempionu olub.

7news.Az

Xəbər lenti